2 Aprel 2018 20:55
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Orissa əyalətində evə girirək uşağı qaçırdığı iddia edilən meymun polislər tərəfindən axtarılır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, uşağın anası onu meymundan qorumağa çalışsa da, bacarmayıb. Ertəsi gün uşağın evin arxasındakı quyuda olduğu və ciddi xəsarət almadığı müəyyən edilib.

İddalara görə, meymun uşağı apararkən quyuya düşürmüş ola bilər. Ərazi polisi uşaq oğurlayan meymunu bir həftə içində tapmağa ümid etdiyini deyib.


Müəllif: Sara

Oxşar xəbərlər