Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyəyə 8 ay tez çatdıracaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi “Kommersant”a məlumat verib.
O bildirib ki, S-400-lərin göndərilməsi 2019-cu ilin iyulunda başlanacaq:
“İlk olaraq, sistemlərin 2020-ci ilin martında çatdırılması razılaşdırılmışdı. Ancaq Rusiya və Türkiyə prezidentlərinin Ankaradakı görüşü zamanı tarix dəyişdirilib. S-400-lərin çatdırılması liderlər arasında görüşün prioriteti olub”.
Qeyd edək ki, Türkiyə və Rusiya arasında S-400 sistemləri ilə bağlı saziş 2017-ci ilin iyulunda bağlanıb. Sazişə əsasən, Ankara sistemlərə görə Moskvaya 2,5 milyard dollar ödəməlidir.