Son bir ay ərzində gənə dişləməsi ilə əlaqədar 4 min rusiyalı xəstəxanalara müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu, Rusiyada martın 15-dən başlayaraq gənə virusu ensefaliti ilə bağlı keçirilən monitorinqlər nəticəsində məlum olub.
Qeyd olunur ki, gənə dişləməsindən zərər çəkən 4 min nəfərdən 1600-ə yaxını uşaqdır.
Həmin müddət ərzində gənə ensefalitinə qarşı peyvənd olunan ölkə sakinlərinin sayı 1 milyon nəfəri keçib. (Trend)