Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.
Teleqraf.com xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.
"Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidi, evdə və həyətdə 10-dan çox ilan görünüb, yay fəslində buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar", - o, qeyd edib.
Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir. (report.az)