Rusiyanın məşhur “Serebro” qrupunun üzvlərinin olduğu təyyarədə qorxulu anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Rusiyadan Monteneqroya uçan təyyarədə baş verib.
Təyyarənin mühərrikində nasazlıq yaranıb. Eniş zamanı təyyarə bir neçə dəfə havada dövrə vurub.
Hadisə ilə bağlı qrupun üzvü Olqa Seryabkina fikirlərini bölüşüb: “Bir saatdan çox havada qaldıqdan sonra eniş edə bildik. Biz ölə bilərdik”.