Tanınmış amerikalı dizayner Keyt Speydın evində meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, 55 yaşlı Speyd Nyu Yorkda yaşadığı evdə özünü asıb. O, intihardan öncə yazılı qeyd buraxıb.
Amma kağız parçasında yazılanlar ictimiyyətə açıqlanmayıb.
Keyt Speydın dizaynını hazırladığı çantalar dünyada məşhurdur. Onun "Keyt Speyd" adı ilə ABŞ-da 140, dünyada isə 175-dən çox mağazası fəaliyyət göstərir.