7 İyun 2018 15:58
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tural Əsgərov Azərbaycan əsilli Türkiyə vətəndaşıdır. 30.08.1985- ci ildə Gəncə şəhərində doğulub. 2007-ci ildə Ankarada özəl inşaatda işləməyə başlayıb və inşaat zamanı yeddinci mərtəbədən yıxılıb. İnşaat sahibləri Turalı Ankaradakı “Cəbəci xəstəxanasına” yerləşdiriblər. Bəxti gətirməyən Tural, həkimlərin beyin əməliyyatını düzgün aparmaması nəticəsində on beş gün sonra onurğa sütunundan yenidən əməliyyat olunub. Əməliyyatdan sonra hər şeyin yaxşı olduğunu düşünən Turala, iki il sonra müayinələr əsnasında bildirilib ki, onurğa sütunundakı platinlər yerindən oynayıb.

Bütün bu talesizliklərdən sonra, Tural Türkiyədəki yardımsevərlərə və iş adamlarına yardım etmələri üçün müraciət edib. “Acıbadem xəstəxanası”nın sahibi Mehmet Ali Aydınlar Turalın yenidən əməliyyat olunması xərclərini öz üzərinə götürüb və Tural “Acıbadem xəstəxanası”nda üçüncü dəfə əməliyyat olunub. Bu əməliyyatdan sonra Tural ayaqlarında az da olsa hiss və hərəkətlənmələrin olduğunu görüb. Həkimlər ona davamlı olaraq müalicə alacağı təqdirdə yeriyə biləcəyini deyiblər.
Tural Əsgərov deyir ki, “Yenidən yeriyə bilməyim üçün davamlı olaraq fizioterapiya almağım lazımdır. Müalicəmlə bağlı gecə-gündüz araşdırmalar aparıram, bir çox həkimlərlə görüşürəm. Mən yeriyə biləcəyimə inanıram. İndiyə qədər görüşdüyüm həkimlərin hamısı, yeriyə biləcəyimdən əmindir. Ancaq bunun üçün davamlı olaraq müalicə olunmalıyam. Mənim müalicəmin aylıq xərcləri 2400 dollardır. Mənə hazırda altı aylıq müalicə olunmaq lazımdır ki, bunun üçün gərəkən məbləğ nə az, nə çox 14.400 dollardır.

Türkiyə vətəndaşı olmağıma baxmayaraq, Azərbaycana, gözəl Gəncəmə olan sevgim və sayğım sonsuzdur. İmkanlı şəxslərdən və yardımsevərlərdən xahiş edirəm ki, müalicə olunmağım üçün yardımlarını əsirgəməsinlər.
Həyata yenidən başlamaq səbəbim ola bilərsiniz...

Azərbaycan xalqına sonsuz sevgi və sayğılarımla: Tural Əsgərov

Tural Əsgərovun bank hesabı:
Garanti bankası Ankara Demirtepe şubesi
Hesab no:1273/6688939
Iban: 0006 2001 2730 0006 6889 39


Müəllif: Elçin Aslangil

Oxşar xəbərlər