12 İyun 2018 08:18
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya cəmiyyətini sarsıdan cinayətin "qəhrəmanları" ötən gün hakim qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxs 49 yaşlı ana Berrin T. və onun 39 yaşlı sevgilisi Chpristian L-nin istintaqa verdiyi ifadələr məhkəmədə oxunub. Zalda əyləşən jurnalistlər və digər iştirakçılar ifadələrdən dəhşətə gəliblər.

38 səhifədən ibarət ittihamnaməni iki hakim qadın iki saat ərzində növbə ilə oxuyublar. İttihamnamədə tükürpərdən məqamlar yeri alıb.

Qeyd olunur ki, ana və onun sevgilisi 9 yaşlı oğlanı 3 il boyunca pedofillərə satıb. Azyaşlıya qarşı iyrənc hərəkətlər onun hələ 4 yaşı olarkən sərgilənib. Onlar azyaşlıya qadın paltarı geyindirərək video və fotolarını çəkib, görüntülərini pedofillərə satıblar.

Onlar 2017-ci ilin sentyabr ayına - həbs olunan günə qədər bu əməlləri davam etdiriblər.

Məhkəmə prosesi davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər