Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib.
Bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu öz "Feysbuk" səhifəsində yazıb.
O qeyd edib ki, Azərbaycan vətəndaşı Sabit Qazıyev gecə saat 3 radələrində Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində ölmüş vəziyyətdə tapılıb. Mərhumun meyiti müayinə üçün Lefkoşa Dr. Burhan Nalbəndoğlu Xəstəxanasına təhvil verilib. Cəsəd üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Azərbaycan vətəndaşının hansı səbəbdən vəfat etdiyi sabah bilinəcək.