28 İyun 2018 18:55
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqdan Rusiya Baş Konsulluğunun köməyi ilə anası Azərbaycan vətəndaşı olan iki azyaşlı Rusiya vətəndaşı çıxarılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

”Mayın 29-da Rusiya Baş Konsulluğu İraqın kürd muxtariyyətinin yardımı ilə azyaşlı Rusiya vətəndaşları - 2013-cü il təvəllüdlü Qalidova Sofiya Hacımuradovna və 2015-ci il təvəllüdlü Qalidova Sayma Hacımuradovnanı geri qaytarmağa nail olub. Onların atası Rusiya vətəndaşı, anası isə Azərbaycan vətəndaşıdır, hazırda İraqın kürd muxtariyyətinin terrorçuluqla mübarizə xidmətinin istintaq təcridxanasında qalırlar. Onlar haqqında İŞİD sıralarında terrorçu fəaliyyətlə məşğul olmaqla bağlı təhqiqat aparılır”, - deyə Rusiya XİN sözçüsü bildirib.

M. Zaxarovanın sözlərinə görə, Azərbaycan vətəndaşı olan ana üçüncü uşağı özü ilə saxlamaq qərarı verib və həmin uşaq da Rusiya vətəndaşıdır: “Yerli hakimiyyətin məlumatına görə, Qalidov Yusif Hacımuradoviç hal-hazırda valideynləri ilə birlikdə həbsxanada olan yeganə yetkinlik yaşına çatmayan Rusiya vətəndaşıdır".


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər