7 İyul 2018 14:45
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada leysan yağışları nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb, 4 nəfərin vəziyyəti ağırdır, daha 47 nəfər isə itkin düşmüş sayılır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “NHK” televiziyası məlumat yayıb.

Yaponiya hakimiyyətinin yaydığı məlumata görə, özünümüdafiə qüvvələrinin 48 min əməkdaşı və yanğından müdafiə xidməti zərərçəkənlərin xilası əməliyyatında iştirak edirlər.

Baş nazir Sindzo Abe yaranmış vəziyyəti “son dərəcə ciddi” kimi qiymətləndirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər