7 İyul 2018 20:59
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Boston şəhərində qəribə hadisə baş verib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla axşam saat 5-də vaqondan çıxan qadın müvazinətini itirib və yıxılıb. Onun ayağı qatarla platformanın arasında qalıb. Hadisə nəticəsində qadının ayağı sümüyədək kəsilib.

Hadisənin şahidləri qadını platformaya çıxarıbar. Bundan sonra ağrıdan bütün bədəni əssə belə, qadın ətrafdakılardan təcili yardım çağırmamağı xahiş edib. Məsələ burasındadır ki, onun həkimlərə verməyə pulu olmayıb.

"Siz bilirsizmi, təcili yardım neçəyə başa gəlir. 3 min dollara. Mənim bu qədər pulu ödəmək imkanım yoxdur", - qadın deyib.

Bu insident ABŞ-da səhiyyə sisteminin ciddi tənqid olunmasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, insanlar borc içində və ya zədə ilə yaşamaq kimi iki variantdan birini seçmək məcburiyyətində qalırlar.

Son məlumata görə, ciddi xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Şahidlər bildirib ki, o, çoxlu qan itirib. Onun ayağının dərisi isə tamamilə cırılıb.

<iframe src='https://embed.life.ru/video/53fc9f70e6351b555d92a350b3374a08' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>


Müəllif: Nahid

Oxşar xəbərlər