Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Vüsalə Məmmədova 20 saylı marşrut avtobusunda soyğunçuluqla üzləşib.
Onun əl çantasından 370 manat pul, şəxsiyyət vəsiqəsi və bankomat kartı oğurlanıb.
Vüsalə Məmmədova baş verən soyğunçuluq hadisəsi ilə bağlı 5-ci polis bölməsinə müraciət edib.
Hadisə ilə bağlı əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.