17 İyul 2018 09:11
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda dini təbliğat aparan şəxslər ortaya çıxıb.

Bunu Teleqraf.com-a Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndi deyib.

Partiya yetkilisi son zamanlarda paytaxt Bakı şəhərindəki ictimai nəqliyyatda baş verən hadisələrə diqqət çəkib:

“Metro və avtobuslarda qız-gəlinlərin geyiminə etiraz edən dindarlar peyda olub. Güman edirəm ki, bunlar mütəşəkkil qruplaşmış təşkilatın üzvləridir. Buna görə də insanlar diqqətli olmalıdırlar. İmkan daxilində qız-gəlinlərə təcavüz edən və ya onları geyim tərzinə görə təhqir edən şəxslər polisə təhvil verilməlidir. Polis isə öz növbəsində bu adamlar barədə araşdırma aparmaldır.

Dəfələrlə şahidi olmuşam ki, bəzi taksi sürücüləri müştəri əyləşən kimi maqnitafonu açıb yol boyu hansısa müctəhidin hədislərini dinləməyə məcbur edirlər. Bu təbliğat şüura təsir edən musiqi sədaları altında aparılır. Elə şərait yaradırlar ki, etiraz etmək olmur. Dinlənənə isə kafir kimi baxırlar. Bunun da təsadüf olmadığını sanıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər