19 İyul 2018 09:12
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda keçirilən toy mərasimində baş verən dava qanlı olayla nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Moranlı kəndində baş verib.

Bir qrup gənclər arasında musiqi rəqsi üstündə yaranan mübahisə kütləvi davaya çevrilib.

Dava zamanı kənd sakinləri - 1992-ci il təvəllüdlü İlkin Abbasov, 1995-ci il təvəllüdlü Ədalət Abbaslı və 1994-cü il təvəllüdlü Feyruz İmanov bıçaqlanıb.

Hər üç yaralı Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kütləvi davanın günühakarları müəyyən edilib.

Bunlar kənd sakinləri – Kamran Cavadlı, onun qardaşı Kənan Cavadlı, xalası oğlanları Əli Əliyevdir.

Hər üç şəxs şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər