19 İyul 2018 17:56
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şəhzadələr qəsəbəsində yerləşən mebel fabrikinin işçiləri yedikləri yeməkdən zəhərləniblər. Ürək bulanması və mədə ağrısı şikayətləri olan 92 işçi təcili yardımla xəstəxanaya yerləşdirilib. Daha 12 nəfər isə özü xəstəxanaya müraciət edib.

Zəhərlənmə diaqnozu ilə müxtəlif xəstəxanalara yerləşdirilən işçilərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Ruslan

Oxşar xəbərlər