20 İyul 2018 00:28
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttarakhand ştatında sərnişin avtobusu dərəyə aşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

Xəbər əsasən, içərisində 30 nəfər sərnişini olan avtobus 250 metr hündürlükdən dərəyə aşıb.

Qəzadan sonra hadisə yerinə xilas edicilər gəlib. İnsident nəticəsində 14 nəfər həlak olub, daha 16 sərnişin isə xəsarət alıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Hökumət ölənlərin ailəsinə 3000, yaralılara isə 730 dollar ayırıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər