Rusiyanın Volqoqrad əyalətində ağır yol qəzası hadisəsi baş verib.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, insident Mixaylovski rayonunda qeydə alınıb.
Polisin məlumatına görə, "Lada Qranta" və "Lada Priora" avtomobilləri toqquşub.
Nəticədə hər iki maşında olan sürücü və sərnişinlər hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparıılır.