26 İyul 2018 19:17
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstandakı yanğınlar zamanı qızlarından ayrı düşən ata onları axtarmaq üçün morqlara baş vurub.

Teleqraf.com xəbər verir ki, 9 yaşlarında ekiz qızlarını itirən Yiannis Filipopoulos qızlarını təsadüfən televiziyada görüb.

Sofia və Vasiliki yanğın baş verən günü babasıgildə qalıb. Yanğından sonra atası onlarla əlaqə saxlaya bilməyib və tapmaq üçün morqları gəzib.

Yanğınla bağlı xəbərlərə baxan ata qızını qayıqda babası ilə birlikdə görüb. Sevincinin həddi-hüdudu olmayan ata ekizlərinə qovuşmaq üçün qayıqın yan aldığı məkana gedib.


Müəllif: Ruslan

Oxşar xəbərlər