Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən rusiyalı jurnalistlərin meyidi Rusiyaya bu gün yerli vaxtla 17:00-da çatdırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə Rusiyanın MAR-dakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, çəkiliş qrupu üzvlərinin texnikasını və sənədlərini tapmaq indiyədək mümkün olmayıb.
Rusiyalı müstəntiqlərin Afrikaya nə vaxt göndəriləcəyi ilə bağlı da hələlik informasiya yoxdur. Az öncə Rusiya İstintaq Komitəsindən bildirilib ki, hazırda bu məsələyə baxılmaqdadır.