Rusiyanın Krasnoyarsk vilayətində sərnişin vertolyotu qəzaya uğrayıb.
Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, ilkin ehtimala görə, "Mi-8"in göyərtəsində 18 nəfər olub və onların hamısı ölüb.
Onlardan 3-ü heyət üzvü olub. "Mi-8"in uçuş zamanı qəzaya uğradığı bildirilir. Onun düşdüyü yer artıq aşkar edilib. Hava gəmisi qəzaya uğradıqdan sonra yanmağa başlayıb.
Qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olduğu ehtimal edilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Bu, Bakı vaxtı ilə saat 7:20-də baş verib.