Balakən rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Balakən rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən 2 ədəd qızıl-zinət əşyasının və 300 manat pulunun oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-tədbirləri nəticəsində oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli Burcalıyev olduğu məlum olub.
O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Füzuli Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Balakən rayonunda daha 2 evdən də oğurluq etdiyi məlum olub.
Belə ki, iyulun 18-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkar edilib.
Oğurlanmış qızıllar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.