7 Avqust 2018 19:14
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.

Bunu Teleqraf.com-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib.

Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".

Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər