8 Avqust 2018 15:30
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi VAZ-21150 və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com