19 Avqust 2018 15:00
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə evdə yanğın baş verib .

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Qoşabulaq kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com