20 Avqust 2018 17:28
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində qəsəbə sakini Elsevər Kərimli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Hakim Şiriyevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov