21 Avqust 2018 16:47
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

Teleqraf.com-un “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir yanıb.

Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Musatafayevin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur.

Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb. Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır.


Müəllif: Teleqraf.com