Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi birləşməsinin əsgəri Vanik Gevorqyan ölüb.
Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü əsgərin intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Karen Avanesyan da intihar edərək özünü öldürmüşdü.