Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.