7 Sentyabr 2018 11:14
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənubunda güclü zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar 5.5 bal gücündə olub.

Bildirilir ki, zəlzələ Bam vilayətindən 126 kilometr aralıda, saat 06:23 radələrində qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 10 kilometr olub.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər