Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.
Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mahir Mirişli aktyordur və Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, qohumlarından birinin toy mərasimində iştirak edirmiş.
Faktla bağlı araşdırma aparılır.