9 Sentyabr 2018 08:48
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hokkaydo adasında xilasedicilər zəlzələdən sonra baş vermiş kütləvi torpaq sürüşmələri nəticəsində sağ qalanların axtarışlarını davam etdirirlər.

Tekleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 37-yə çatıb, 2 nəfər isə itkin düşmüş hesab olunur.

Hazırda axtarışlar əsasən prefekturanın cənubunda, zəlzələnin episentrinin yerləşdiyi Atsuma şəhərində aparılır. Burada xilasetmə-axtarış əməliyyatlarına xilasedicilərlə birlikdə polisin və yanğınsöndürmə xidmətinin 1800 əməkdaşı cəlb edilib. İtkin düşənlərin hamısının bu şəhərdə olduğu bildirilir.

Prefektura rəhbərliyi qeyd edib ki, sentyabrın 9-da səhər saat 5-ə olan məlumata görə, 12 bələdiyyədə 5000-dək insan sığınacaqlarda yerləşdirilib.

Meteorologiya Agentliyinin nümayəndələri yaxın günlərdə növbəti güclü zəlzələnin baş vermə ehtimalı barədə xəbərdarlıq edirlər.

Adada zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər də davam etdirilir, ictimai nəqliyyatın fəaliyyəti qaydaya düşür. Sapporonun yaxınlığında yerləşən “New Chitose” aeroportu beynəlxalq reysləri artıq bərpa edib.

“Hokkaido Electric Power Company” şirkətinin bildirdiyinə görə, prefekturanın əsas istilik elektrik stansiyasının yenidən işə başlaması üçün bir həftədən çox vaxt lazımdır.

Baş nazir Şinzo Abe vəziyyətlə yerində tanış olmaq üçün hazırda Hokkaydo adasındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər