Ağsu rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.