20 Sentyabr 2018 07:54
2 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada canlı yayıma qoşulmaq istəyən “Newsone” telekanalının müxbiri hücuma məruz qalıb.

Teleqraf.com-un məlumatına görə, əvvəlcə yumurta atəşinə tutulan Darina Bileraya daha sonra yumruqla hücum edilib. Canlı yayımda 31 yaşlı Timur Tumqoyevin Rusiyaya təhvil verilməsi xəbərini çatdıran müxbir təzyiqlərə rəğmən çəkilişi dayandırmayıb.

Kiyev Baş Prokurorluğunun qarşısında baş verən hadisəyə polisin müdaxilə etməməsi diqqət çəkib.


Müəllif: Kəmalə