20 Sentyabr 2018 19:45
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Merilend ştatının Harford dairəsində baş vermiş silahlı toqquşma nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

18:40

ABŞ-ın Merilend ştatında atışma baş verib.

Teleqraf.com xəbər verir ki, Xarford dairəsinin şerifi Ceffri Qaler hadisə ilə bağlı təfərrüatlar verməsə də, çoxsaylı xəsarət alanlar olduğunu bildirib.

"Twitter" səhifəsində yerləşdirilən məlumatda yazılır: "Spesutia və Perrimen yolları rayonunda atışma olub. Çoxsaylı xəsarət alanlar var. Vəziyyət tez-tez dəyişir. Xahiş olunur, həmin rayondan uzaq durasınız".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər