21 Sentyabr 2018 14:51
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildə kişi meyiti tapılıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonunda 1960-cı il təvəllüdlü Strotryeviç Konstantin Ladmiroviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı hərəkətsiz vəziyyətdə aşkar ediblər. İlkin müayinə zamanı K.Strotryeviçin vəfat etdiyi müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​


Müəllif: Teleqraf.com