24 Sentyabr 2018 07:35
2 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobilin vurduğu velosipedçi ölümdən möcüzə sayəsində xilas olub.

Teleqraf.com xəbər verir ki, hadisə Braziliyada baş verib. Kadrlardan göründüyü kimi, avtomobilin sürücüsü idarəetməni itirir, yol kənarına çıxır və velosipedçini velosiped qarışıq “kapot”un üstünə atır.

Bundan sonra böyük bir ağacı da qıraraq binanın divarına çırpılır. Hadisədən az sonra velosipedçinin ayağa qalxdığı görünür.

Məlum olub ki, avtomobil sürücü qızın valideynlərinə məxsus olub. Ona qarşı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmək, sağlamlığa zərər vurmaq ittihamları irəli sürülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər