Qarabağda biliməyən səbəbdən erməni əsgəri ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyi xəbər yayıb.
Qevork Surenoviç Aroyan bilinməyən səbəbdən ağır güllə yarası alıb. Dərhal xəstəxanaya çatdırılan hərbiçi burada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu artıq erməni ordusu daxilində son dövrlərdə müəmmalı əsgər ölümü ilə nəticələnən 6-cı hadisədir.