Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
9-cu polis bölməsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılıb.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis böməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də rayon ərazisindəki evlərin birindən 500 manat və 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Anar Həsənov və Sabirabad rayon sakini Xəqani Abbasov saxlanılıblar.
Daha bir oğurluq faktının üstü Nərimanov rayonunda açılıb. Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov rayon Polis idarəsi 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Rövşən Məmmədov saxlanılıb.