Şabran rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib.
Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Polis və prokuroluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə Mahir Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
Yeniyetmə saxlanılıb, “TOZ-12” və “İJ-16” markalı tüfənglər maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.