28 Aprel 2014 17:45
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Praqa sammitindəki çıxışına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyevin Praqadakı çıxışı iki dövlətin münasibətlərinin hansı səviyyədə olmasının göstəricisidir. Bunu bilmək lazımdır ki, dünyada Azərbaycana və ya Türkiyəyə, ümumilikdə türk dünyasına qarşı türk tarixi ilə bağlı haqsızlıq olduqda buna qarşı mübarizəni Azərbaycan və Türkiyə tək başına deyil, bir yerdə aparacaqlar”.

Onun sözlərinə görə, Türkiyə bundan sonra Azərbaycanla bir yerdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-25-də Praqa şəhərində keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı çıxışına sərt cavab vermişdi.

Prezident Administrasiyasının (PA) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bununla bağlı Twitter-də yazmışdı:

“Şərq tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışlarını – qondarma “soyqırımı” ilə bağlı sərsəm mülahizələrini Türkiyəyə hücuma həsr etdi.

Prezident İlham Əliyev Sarkisyana:

“Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”- söylədi”.


Müəllif:

Oxşar xəbərlər