23 Oktyabr 2018 11:27
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda öldürülmüş jurnalist Camal Qaşıqçı ilə bağlı yeni detallar ortaya çıxıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, jurnalistlə bağlı əmrləri verən və müvafiq planla Riyaddan İstanbula gələn kritik şəxsin kimliyi ortaya çıxıb.

Məlumata görə, Camal Qaşıqçının qətli əmrini verən və planı icra edən şəxs konsulluğun atteşesi Əhməd Abdullah Almuzaini adlı şəxs olub.

Camal Qaşıqçı konsulluğa müraciət edib, yer götürdükdən sonra Almuzaini sentyabrın 29-u saat 14:31-də təcili Riyada uçub. Burada Səudiyyə kəşfiyyat xidmətinin rəhbəri general Assiri ilə görüşüb. Görüşdə Qaşıqçının öldürülməsi üçün 15 nəfərlik qrupla bağlı əmri və planları alan atteşe oktyabrın 1-də İstanbula dönüb.

Baş konsul Məhəmməd əl-Uteybə jurnalistin öldürülməsi əmrini və planı haqqında informasiya verib. Qaşıqçı öldürüldükdən sonra təcili İstanbulu tərk edib.

Türk kəşfiyyatı əvvəlcə atteşenin Səudiyyə Ərəbistanından gəlmiş qrupun tərkibində ölkəni tərk etdiyini ehtimal edib. Sonra aydın olub ki, Əhməd Abdullah Almuzaini jurnalistin ölümündən sonra ölkədən fərdi şəkildə çıxıb, qrupla birlikdə hərəkət etməyib.

Onun Riyad-İstanbul arasındakı səfərləri jurnalistin öldürülməsi planının beyni kimi xarakterizə olunur.

Hazırda atteşenin baş konsul Məhəmməd əl-Uteybə kimi Türkiyəyə dönməyəcəyi ehtimal olunur.

O da bildirilir ki, Almuzainin səfər trayektoriyası Camal Qaşıqçının yoxa çıxmasından sonra türk kəşfiyyatının diqqətini çəkib.

Türk kəşfiyyatı Almuzainin Riyada gedib-gələrkən video görüntülərini əldə edib.


Müəllif: Cavad