28 Aprel 2014 17:56
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev aprelin 28-də Belçika Krallığının keçmiş Baş naziri İv Letermi qəbul etmişdir.

Keçmiş Baş nazir İv Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd etdi. O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğuladı.

Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən Prezident İlham Əliyev II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu qeyd etdi.


Müəllif:

Oxşar xəbərlər