Tovuz rayonu ərazisindəki qorunan keçiddə qatarla kənd sakini vurulub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 5-də saat 7 radələrində Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisindəki qorunan keçiddə qatarla kənd sakini Nemət Həsənov vurulub və nəticədə o, hadisə yerində ölüb.