11 Noyabr 2018 00:15
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evdən tüfəng və patron aşkar edilib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. Tüfəngin marka və nömrəsinin silindiyi, habelə lüləsi və qundağının kəsildiyi məlum olub.


Müəllif: Teleqraf.com