Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı şəhər prokurorluğunda araşdırma başlanıb.
Teleqraf.com xəbər verir ki, fakt üzrə Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək kui, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.