21 Noyabr 2018 15:58
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Məlumata görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.

Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "Daewoo" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində avtobusun sərnişinləri-1988-ci il təvəllüdlü Mirzəcanova Nigar Hüseynağa qızı, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz Elgün oğlu və "Opel" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü Haşımova Aydan Haşım qızı bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabitdir. Yaralılardan N.Mirzəcanovanın burun sümüyü sınıb, A.Mirzəcanlı sifət nahiyəsindən xəsarət alıb, A.Haşımovanın isə döş qəfəsi əzilib./trend/


Müəllif: Teleqraf.com