Kanadanın Yukon bölgəsində yaralı ayı yaşayış evinə hücum edib.
Teleqraf.com xəbər verir ki, hadisə vaxtı evdə olan ana və azyaşlı qızı yaralanaraq həlak olub.
Hadisə Mayo şəhərində baş verib.
Ayı uzun cəhdlərdən sonra 37 yaşlı Valeriya Teoret və 10 aylıq körpəsinin olduğu evə daxil ola bilib.
Ailə başçısı Germon Roşolt evə qayıdanda isə həyətdə dayanmış yaralı ayı ona da hücum edib, lakin Roşalt həyat yoldaşı və qızından daha şanslı olub. Yaralı ayının pəncəsindən xilas olan kişi dərhal polisə zəng edib.
Amma evə daxil olanda həyat yoldaşı və qızının qan içində qalmış cəsədləri ilə rastlaşıb.