Bakıda inzibati binada yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 1500 m2 olan ikimərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) 2-ci mərtəbəsinin bir otağında elektrik kabelləri 5 p.m yanmış və yüksək temperaturdan lambirdən ibarət tavanı 20 m2 sahədə əriyib. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.