4 Dekabr 2018 20:45
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ordu vilayətində yaşayış binasının 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edən qadını polislər son anda xilas edə biliblər.

Teleqraf.com xəbər verir ki, psixoloji problemləri olan qadını fikrindən yayındırmaq üçün polislərin səyi nəticəsiz olub.

Asayiş keşikçilərindən biri şinelini çıxararaq xanımın olduğu balkonun aşağısında gözləmə mövqeyi tutub. Binadan özünü atan qadın digər polislərin də tutduğu şinelə düşüb. Yüngül xəsarət alan qadın xəstəxanaya çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər